“France-Presse” agentliyi Şimali Koreyada büro açıb

“France-Presse” agentliyi Şimali Koreyada büro açıb
# 07 sentyabr 2016 09:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Beynəlxalq “France-Presse” agentliyi (AFP) Şimali Koreyada büro açıb.

APA-nın məlumatına görə, bu barədə agentliyin özü xəbər yayıb. Büronun açılması agentliklə Koreya Mərkəzi Teleqraf Agentliyi arasındakı razılaşmaya əsasən baş tutub. Açılış mərasimində AFP-nin rəhbəri Martin Huq iştirak edib.

Büro müştəriləri üçün vizual informasiya təminatı ilə məşğul olacaq. Orada Şimali Koreyadan olan və “France-Presse”də təcrübə keçmiş fotoqraf və operatorlar işləyəcək. Razılaşmaya əsasən agentliyin mərkəzi bürosu Koreyaya mütəmadi olaraq jurnalistlərdən ibarət komanda göndərə biləcək.

Xatırladaq ki, Şimali Koreyada “Associated Press”, Yaponiyanın “Kiodo”, Rusiyanın TASS və Çinin “Sinxua” agentliklərinin büroları fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR