Şimon Peresin vəfatı ilə əlaqədar İsrail səfirliyində xatirə kitabı açılacaq

Şimon Peresin vəfatı ilə əlaqədar İsrail səfirliyində xatirə kitabı açılacaq
# 30 sentyabr 2016 08:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İsrailin sabiq prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Oktyabrın 5-də saat 10:00-13:00 və 14:00-16:00, oktyabrın 6-da isə 14:00-16:00-da səfirliyi ziyarət edərək xatirə kitabına ürək sözlərini yazmaq olar.

Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR