“Qazprom” Türkiyədə qaz elektrik stansiyaları inşa etmək niyyətindədir

“Qazprom” Türkiyədə qaz elektrik stansiyaları inşa etmək niyyətindədir
# 15 sentyabr 2016 22:36 (UTC +04:00)

Bakı-APA. Rusiyanın “Qazprom” şirkəti Türkiyədə yeni qaz elektrik stansiyaları inşa etmək və ya fəaliyyət göstərən stansiyaları almaq niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom”un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev.

“Biz müəyyən şərtlərlə energetika layihələrində iştirak etməkdə maraqlıyıq. Türkiyədə hazırda, qiymətlərin aşağı düşdüyü dövrdə, qaz elektrik stansiyalarına maraq xeyli artıb... Buna görə də biz bu layihələri diqqətlə nəzərdən keçirəcəyik”, - deyə Medvedev qeyd edib.

Onun sözlərinə görə, “Qazprom” qaz elektrik stansiyalarını inşa etmək və ya fəaliyyət göstərən stansiyaların aktivlərini əldə etmək kimi variantları nəzərdən keçirməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR