Tovuzda hərbi maşın qəzaya düşüb, xəsarət alanlar var

Tovuzda hərbi maşın qəzaya düşüb, xəsarət alanlar var
# 22 sentyabr 2016 08:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tovuzda hərbi maşın qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Tovuz rayonunun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Daxili Qoşunlara məxsus hərbi maşın yoldan çıxaraq dərəyə düşüb. Nəticədə avtomobildə olan 3 hərbçi xəsarət alıb. Hərbçilərə Tovuz Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra onlar Gəncədəki hərbi hospitala göndəriliblər.

İlkin məlumata görə, qəza “Niva” markalı avtomobilin hərbi maşının qarşısına çıxması səbəbindən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR