"TuranBank" ötən ili cüzi mənfəətlə başa vurub

"TuranBank" ötən ili cüzi mənfəətlə başa vurub
# 30 yanvar 2016 10:13 (UTC +04:00)

Bakı - APA-Economics. 31 dekabr 2015-ci il tarixinə "TuranBank"ın aktivləri 2014-cü illə müqayisədə 63% artaraq 536,2 mln. manat təşkil edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, kredit portfeli isə 2014-cü ilə nisbətən 29,3% artaraq 290,5 mln. manata çatıb.

Ötən il bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilə nisbətən 71% artaraq 216,7 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 2014-cü ilin sonu ilə müqayisədə 83,9% artaraq 181,1 mln. manat olub.

Cari ilin əvvəlinə bankın nizamnamə kapitalı 2014-cü ilə nisbətən 6,4% artaraq 50 mln. manat, məcmu kapitalı isə 53,2 mln. manat təşkil edib.

Ötən il bankın gəlirləri 38,244 mln. manat, xərcləri isə 38,190 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində bankın mənfəəti 54 min manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR