Mədəniyyət və Turizm Nazirliyi Xəzəryanı ölkələrin ilk Media Forumunda təmsil olunub

Mədəniyyət və Turizm Nazirliyi Xəzəryanı ölkələrin ilk Media Forumunda təmsil olunub
# 17 sentyabr 2015 13:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi Həştərxanda I Xəzər Media forumunda təmsil olunub. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, forum Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə təşkil olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökümət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev iştirak edir.

Şöbədən qeyd ediblər ki, forum Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan ölkələrinin media nümayəndələrini ilk dəfə bir araya gətirib.

Beynəlxalq tədbir Xəzəryanı ölkələrin mehriban qonşuluq münasibətləri möhkəmləndirmək və KİV sahəsində, xüsusilə də yeni əməkdaşlıq istiqamətini müəyyən etmək üçün nəzərdə tutulub.

Media forumda Xəzəryanı ölkələrin müvafiq nazirliklərinin nümayəndələri, jurnalistlər, redaktorlar iştirak ediblər.

Azərbaycan mədəniyyət və turizm, təhsil, ekologiya və təbii sərvətlər, rabitə və yüksək texnologiyalar və digər nazirliklərin rəsmiləri, müxtəlif redaksiyaların nümayəndələri ilə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR