Rusiya-NATO Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb

Rusiya-NATO Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb
# 12 iyul 2016 09:57 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Rusiya-NATO Komissiyasının iclasında müzakirə olunacaq əsas məsələ alyansın Şərqi Avropada hərbi mövcudluğunun artırılması və onun Avropanın təhlükəsizliyi üçün nəticələri olacaq".

APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-dən bildirilib. “Rusiya tərəfi Baltik dənizi regionunda aviasiya təhlükəsizliyinin gücləndirilməsi üçün finlandiyalı tərəfdaşlarımızın irəli sürdüyü "Niinistö planı" barədə müzakirə açılması təşəbbüsü ilə çıxış edəcək, habelə ABŞ/NATO-nun Avropada raket hücumundan müdafiə sisteminin qurulmağa davam etməsi nəticəsində strateji stabilliyə olan risklərlə bağlı məsələ qaldıracaq".

Diplomatlar Ukraynadakı vəziyyət, Əfqanıstanda təhlükəsizlik və regional təhlükəsizlik təhdidlərini də müzakirə edəcəklər.

Rusiya-NATO Komissiyasının iclası iyulun 13-də Brüsseldə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR