Rusiyalı deputat: “Sanksiyalar aradan qaldırılmasa, AŞPA-nın qış sessiyasında iştirak etməyəcəyik”

Rusiyalı deputat: “Sanksiyalar aradan qaldırılmasa, AŞPA-nın qış sessiyasında iştirak etməyəcəyik”
# 23 dekabr 2015 14:54 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov deyib.

“Təşkilatda tamhüquqlu iştirakımız mümkün olduqda, biz AŞPA-ya qayıdacağıq. Əgər gələn ilin əvvəlinə kimi bu sahədə perspektiv görməsək, Rusiya nümayəndə heyəti AŞPA-nın yanvar sessiyasında iştirak etməyəcək”, -deyə A. Puşkov bildirib.

O həmçinin bildirib ki, hələlik bu məsələ tam dəqiqləşməyib, yekun qərar sessiyaya az qalmış qəbul ediləcək. A. Puşkovun sözlərinə görə, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların uzadılması qərarının qəbulunda Almaniya kansleri Angela Merkel böyük rol oynayıb: “Əgər Merkelin mövqeyi olmasaydı, Avropa İttifaqı sanksiyaları təxirə salmasaydı belə, ən azından ixtisar edərdi”.

Bununla yanaşı, A. Puşkov qeyd edib ki, Avropa İttifaqı 2016-cı ilin yazında Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR