Kino xadimləri Həsən Seyidbəylinin məzarını ziyarət edib

Kino xadimləri Həsən Seyidbəylinin məzarını ziyarət edib
# 22 dekabr 2015 13:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq artisti Həsən Seyidbəylinin 95 illik yubileyi münasibəti ilə bir qrup kino xadimi rejissorun məzarını ziyarət edib. APA-nın məlumatına görə, ziyarət mərasimində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri sədri, xalq artisti Şəfiqə Məmmədova, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, İTV-nin baş direktoru Cəmil Quliyev və başqaları iştirak edib.

C. Quliyev H.Seyidbəylinin yaradıcılığından, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb. Qeyd olunub ki, Azərbaycan mədəniyyətinə və kinosuna parlaq nümunələr bəxş edən kinorejissorun irsi gələcək nəsillər üçün örnəkdir.

Mərasim iştirakçıları H. Seydbəylinin ekranlaşdırdığı və ona şöhrət gətirən filmlər haqqında danışıb, Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən söz açıblar.

Həsən Seyidbəyli 1920-ci ildə anadan olub. 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb.

“Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Sən niyə susursan”, “Telefonçu qız”, “O qızı tapın” və s. filmlərin müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR