Ağdaşda qəza baş verib, iki bacı ölüb, ata və oğul ağır xəsarət alıb

Ağdaşda qəza baş verib, iki bacı ölüb, ata və oğul ağır xəsarət alıb
# 29 noyabr 2015 20:49 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayonunda iki nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağdaş sakini, 1989-cu il təvəllüdlü Əliyev Əfqan Elton oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirərək avtomobili yolun kənarındakı daş hasara çırpıb.

Hadisə zamanı sürücü Əfqan Əliyev, onun atası, 1962-ci il təvəllüdlü Əliyev Elton Cəlal oğlu, onun qaynanası 1948-ci il təvəllüdlü Quliyeva Fatimə Qabil qızı, bacısı 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızı və ailənin qohumu, 1966-cı il təvəllüdlü Fərzəliyeva Ruhəngiz Tofiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Südabə Quliyeva hadisə yerində, bacısı Fatma Quliyeva isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Digər 3 yaralı isə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti daha ağır olan Ruhəngiz Fərzəliyeva və Elton Əliyev hazırda reanimasiya şöbəsində koma vəziyyətindədir.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR