Somalidə hökumət binası qarşısında partlayış törədilib, 10 nəfər ölüb

Somalidə hökumət binası qarşısında partlayış törədilib, 10 nəfər ölüb
# 21 avqust 2016 13:19 (UTC +04:00)

Bakı-APA. Bu gün Somalinin Qalkayo şəhərində hökumət binasının qarşısında iki bomba yüklü avtomobil partladılıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, “Əş-Şabab” terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Avtomobillərdəki partlayıcı qurğunu terrorçu-kamikadzelər işə salıb. Nəticədə ən azı 10 nəfər ölüb. Polis həyatını itirənlər arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə bərabər dinc sakinlərin olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR