XİN: İtaliyadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır

XİN: İtaliyadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır
# 24 avqust 2016 09:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gecə İtaliyanın mərkəzində baş vermiş zəlzələ zamanı xəsarət alanların arasında azərbaycanlıların olub-olmadığı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır.

Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanın İtaliyadakı səfirliyi ölkənin müvafiq orqanları ilə ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmamasını araşdırır.

Qeyd edək ki, bu gecə Bakı vaxtı ilə saat 05:36-da İtaliyanın mərkəzində 6,1 baş gücündə baş vermiş güclü zəlzələ Amatriçe şəhərində ciddi dağıntılara səbəb olub, uçqunlar altında xeyli sayda insan qalıb. Ən azı 14 nəfərin öldüyü məlum olub. Dağıntılar altında qalanların olduğu, xilasetmə əməliyyatlarının davam etdirildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR