Moskvada sərnişin təyyarəsi qəza enişi edib

Moskvada sərnişin təyyarəsi qəza enişi edib
# 20 mart 2016 23:47 (UTC +04:00)

Bakı-APA. “UTair” aviaşirkətinə məxsus Boeing sərnişin təyyarəsi Moskvada qəza enişi edib.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, İnsident nəticəsində zərərçəkən yoxdur.


Göyərtəsində 112 sərnişinin olduğu təyyarənin Moskva – Surqut marşrutu üzrə uçduğu bildirilir.

Qeyd olunur ki, “Vnukovo” aeroportundan havaya qalxan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb.


Xatırladaq ki, martın 19-a keçən gecə Rostov-na-Donu şəhərində “flydubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 62 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR