Moskvada informasiya agentliyinin redaktoru amansızcasına qətlə yetirilib

Moskvada informasiya agentliyinin redaktoru amansızcasına qətlə yetirilib
# 05 may 2016 22:03 (UTC +04:00)

Bakı-APA. Rusiyanın “Natsionalnaya slujba novostey” (“Milli İnformasiya Xidməti”) informasiya agentliyinin redaktoru Aleksandr Rubtsovun meyiti onun Moskvadakı mənzilində tapılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə agentliyin saytında bildirilir.

Məlumata görə, 35 yaşlı Aleksandr Rubtsov mayın 3-də amansızcasına qətlə yetirilib. Meyitin ilkin ekspertizası zamanı məlum olub ki, mərhum döyüldükdən sonra ona çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Aleksandr Rubtsov son iki ildə “Naşe radio”, “Rock FM”, “Best FM” və “Radio JAZZ” radiostansiyaların efirində aparıcı kimi də çalışıb. O, sonuncu dəfə aprelin 29-da efirdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR