Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 19 fevral 2016 11:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyevin cinayət işi üzrə məhkəmən prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmünə əsasən, Mehdi Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddəsi i ilə ittiham olunublar. Mehdi Məmmədov dələduzluqla yanaşı xuliqanlıqda da ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR