Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 07 dekabr 2015 10:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 160-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 130-200 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, dekabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla ongünlük normanın 100 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 148 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 76 m3/s təşkil edərək ongünlük normanın 99 faizinə bərabər olub.

Dekabrın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Bankədə 10, Şirvanda 28, Salyanda 7, Araz çayının Novruzlu məntəqəsində isə 12 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 450 sm (2014-cü il dekabrın 07-də 413 sm), Şirvanda 11 sm (2014-cü il dekabrın 07-də 287 sm), Salyanda 217 sm (2014-cü il il dekabrın 07-də 260 sm), Bankədə 213 sm (2014-cü il dekabrın 07-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2014-cü il dekabrın 07-də 170 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR