Yəməndə atəşkəs rejimi qüvvəyə minib

Yəməndə atəşkəs rejimi qüvvəyə minib
# 11 aprel 2016 00:20 (UTC +04:00)

Bakı-APA. Yəməndə BMT-nin vasitəçiliyi ilə atəşkəs rejiminin tətbiqinə dair razılaşma qüvvəyə minib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, atəşkəs rejimi nəzərdə tutulduğundan bir sutka gec qüvvəyə minib.

BMT baş katibinin xüsusi elçisi İsmayıl uld Şeyx Əhmədin dediyinə görə hökumət qüvvələri ilə husilər arasında birbaşa sülh danışıqları aprelin 18-də Küveytdə başlanacaq: “Danışıqların gündəmi geniş olacaq, siyasi prosesə start verilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR