Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək

Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək
# 11 may 2016 14:14 (UTC +04:00)

Bakı-APA. Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Maltanın baş naziri Jozef Muskat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib. Qəbulda mərkəzin fəaliyyəti, reallaşan layihələr, eləcə də qarşıda duran vəzifələr, gələcək planlar müzakirə olunub.

Görüşdə Malta hökumətinin dəstəyi ilə keçiriləcək layihələr geniş müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq 2017-ci ildə Malta Baş nazirinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali Səviyyəli Toplantısının keçirilməsinə dair razılığa gəlinib.

Qeyd olunub ki, Maltanın baş naziri Jozef Muskat Diasporla İş üzrə Dövlət Komitəsini dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2015-ci ilin aprel ayında keçirilən III Qlobal Bakı Forumunda iştirak edib. Jozef Muskat 2014-cü ilin dekabr ayında da Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Jozef Muskat 2013-cü ilin martından Malta hökumətinə rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR