Məkkədə baş vermiş faciədən sonra Türkiyənin 18 vətəndaşı itkin düşüb

Məkkədə baş vermiş faciədən sonra Türkiyənin 18 vətəndaşı itkin düşüb
# 24 sentyabr 2015 18:09 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmez bildirib.

Son məlumata görə, izdiham nəticəsində ölənlərin sayı 717 nəfərə çatıb, 863 zəvvar xəsarət alıb.

“Hazırda Türkiyə vətəndaşlarının ölməsi barədə məlumat yoxdur, qəti cavab vermək hələ tezdir. Zəvvarların keçid qrafikinə əsasən, faciə baş verən zaman orada Türkiyə vətəndaşları olmamalı idi. Lakin, qadağalara baxmayaraq, Türkiyənin iki zəvvarlıq agentliyi, razılaşdırılmış qrafikə zidd olaraq, Məkkəyə bir qrup zəvvar göndərib. 18 nəfərin aqibəti bizə məlum deyil. Araşdırma davam edir”, deyə Mehmet Görmez.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR