Xuliqanlıqda təqsirləndirilən jurnalistə hökm oxunub

Xuliqanlıqda təqsirləndirilən jurnalistə hökm oxunub
# 01 iyun 2016 11:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nizami rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan jurnalist Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Elçin Həsənov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.


Qeyd edək ki, Elçin Həsənovun barəsində “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. Elçin Həsənov Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə ittiham olunur. E. Həsənov "Yüksəliş naminə" qəzetinin redaktor müavini olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR