Şəhid əsgərin təltif edildiyi medal Göygöldə ailəsinə təqdim olunub

Şəhid əsgərin təltif edildiyi medal Göygöldə ailəsinə təqdim olunub
# 12 may 2016 10:18 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Bu gün Göygöl rayon İcra Hakimiyyətinin binasında ötən ay cəbhədə ermənilərlə döyüşdə şəhid olan Sərxan Azər oğlu Bağırovun ölümündən sonra təltif edildiyi medalın ailəsinə təqdim olunması mərasimi keçirilib.

APA-nın qərb bürosunun xəbərinə görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış edib, şəhidin döyüş yolundan, göstərdiyi şücaətdən bəhs ediblər.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü əsgər Sərxan Bağırov Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhid əsgər müdafiə naziri Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Medal şəhidin anasına təqdim olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR