“Qəbələ”nin Gürcüstanda keçirəcəyi yoxlama oyunlarının tarixi müəyyənləşib

“Qəbələ”nin Gürcüstanda keçirəcəyi yoxlama oyunlarının tarixi müəyyənləşib
# 06 iyun 2016 13:00 (UTC +04:00)

Bakı – APA. “Qəbələ”nin təlim-məşq toplanışı üçün Gürcüstana yollanacağı tarix bəlli olub. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” qonşu ölkəyə planlaşdırılan vaxtdan tez gedəcəklər.

Belə ki, əvvəlcə “Qəbələ”nin iyunun 19-da Gürcüstana səfəri nəzərdə tutulsa da, bölgə təmsilçisi bunu 3 gün əvvəl, yəni ayın 16-da reallaşdıracaq.

İyunun 10-da hazırlığa Bakıda start verəcək kollektiv 15-nə qədər Bakıda məşq edəcək. Bir gün sonra isə komanda Gürcüstana yollanacaq və ayın 26-na qədər orda qalacaq. Bu müddət ərzində “Qəbələ” 3 yoxlama görüşü keçirəcək.

Yoxlama oyunlarının tarixi də artıq bəllidi. İlk görüşünü ayın 18-də keçirəcək “Qəbələ” növbəti matçlarına 22 və 26 iyun tarixlərində çıxacaq. Rəqiblərin adları hələ müəyyənləşməsə də, “qırmızı-qaralar”ın hər 3 qarşılaşması Gürcüstan təmsilçisi ilə olacaq. “Qəbələ” rəsmiləri hazırda “Dila”, “Sioni” və “Lokomotiv” klubları ilə danışıq aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR