Bakıda binanın elektrik sayğacları yanıb

Bakıda binanın elektrik sayğacları yanıb
# 10 mart 2016 04:22 (UTC +04:00)

Bakı – APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda beşmərtəbəli binanın 3-cü mərtəbəsində elektrik şitində quraşdırılmış 3 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yangın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR