İran Rusiya-Türkiyə münasibətlərinin bərpasına yönələn addımları alqışlayır

İran Rusiya-Türkiyə münasibətlərinin bərpasına yönələn addımları alqışlayır
# 01 iyul 2016 06:16 (UTC +04:00)

Bakı-APA. İran Rusiya və Türkiyənin ikitərəfli münasibətlərin bərpa olunması üçün atdıqları addımları alqışlayır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İran XİN nümayəndəsi Bəhram Kasemi bildirib.

“İran İslam Respublikası iki ölkə arasında münasibətlərin bərpasının Rusiya və Türkiyə xalqlarının, həmçinin, regionun bütün sakinlərinin maraqlarını təmin edə biləcəyinə, bölgədə əməkdaşlığı, sabitliyi və əmin-amanlığı möhkəmləndirəcəyinə, habelə, terrorçuluğa qarşı mübarizəni gücləndirəcəyinə ümid edir”, - deyə Bəhram Kasemi bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dünən 2015-ci ilin noyabrında Türkiyəyə qarşı tətbiq edilən məhdudiyyətlərin ləğvi barədə fərman imzalayıb.

İyunun 29-da Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı turizm və digər sahələrdə tətbiq etdiyi sanksiyaların aradan qaldırılması haqqında Nazirlər Kabinetinə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR