“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nizamnamə kapitalı artırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nizamnamə kapitalı artırılıb
# 04 avqust 2016 01:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnamə kapitalı artırılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nizamnamə kapitalı 383420621 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 manat olan 383420621 ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nizamnamə kapitalı artırılaraq 440050998 manata və nominal dəyəri 1 manat olan 440050998 ədəd adi səhmə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR