İran XİN: Türkiyə Qüdsü işğal edən rejimlə əlaqələr qurur

İran XİN: Türkiyə Qüdsü işğal edən rejimlə əlaqələr qurur
# 21 dekabr 2015 08:37 (UTC +04:00)

APA-nın İran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadıq Hüseyn Cabiri Ənsari bu gün keçirdiyi mətbuat konfransında Türkiyə-İsrail münasibətlərinin bərpası perspektivi ilə bağlı sualı cavablandırarkən deyib.

Diplomat deyib ki, Türkiyə hökumətinin İsrail ilə əlaqələrin inkişafı istiqamətində yürütdüyü siyasət enişli-yoxuşlu olub. “Son illər sionist rejimin “Mərmərə” gəmisinə etdiyi hücumdan sonra Türkiyə hökuməti İsrail ilə əlaqələri dondursa da, bir çox sahələrdə əlaqələr davam etdirilirdi”.

O qeyd edib ki, bu gün regionda baş verənlər xoş deyil. “Türkiyə qonşu ölkələrlə problemləri olduğu halda Qüdsü işğal edən bir rejimlə əlaqələr qurur. Ümid edirik ki, Türkiyə hökuməti öz qonşuları ilə bağlı elə siyasətlər yürüdəcək ki, bu, regionda mövcud olan problemlərin həlli üçün şərait yaradacaq”.

H.Cabiri Ənsari əlavə edib ki, İran Türkiyə ilə birlikdə mövcud regional problemlərin həllində yardımçı olmağa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR