Rio-2016: Mariya Stadnik və Yuliya Ratkeviçin ilk rəqibləri bəlli olub

<span style="color: red;">Rio-2016:  Mariya Stadnik və Yuliya Ratkeviçin ilk rəqibləri bəlli olub
# 17 avqust 2016 02:51 (UTC +04:00)

Bakı-APA. Rio Olimpiadasında güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə,bu gündən etibarən xanım güləşçilərin medal həyəcanına start veriləcək.

İlk olaraq iki təmsilçimiz – Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) döşək üzərinə çıxacaqlar.

Yarışa 1/8 finaldan başlayacaq xanım idmançılarımızın artıq ilk rəqibləri də bəlli olub.

Mariya Stadnik gücünü argentinalı Alexandra Patrisia Bermudez üzərində sınaqdan keçirəcək. Bu görüş 17:48-də başlayacaq.

Yuliya Ratkeviç isə başlanğıcda ukraynalı Oksana Herhel ilə üz-üzə gələcək. Qarşılaşma 17:56-ya planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR