Türkoloq Ramiz Əskər vəfat edib

Ramiz Əskər

© APA | Ramiz Əskər

# 22 may 2024 14:32 (UTC +04:00)

Tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, jurnalist Ramiz Əskər vəfat edib.

Bu barədə APA-ya onun qohumu, yazıçı Səfər Alışarlı bildirib.

Qeyd edək ki, Ramiz Əskər 2 həftə əvvəl açıq ürək əməliyyatı olunub.

O, 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olub. Bir sıra qəzet və jurnallarda məsul vəzifələrdə çalışıb. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur.

Əməkdar jurnalisti Ramiz Əskərə 13 yanvar 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən Şöhrət ordeni verilib. 15 yanvar 2024-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR