İrandan Azərbaycana metadon və heroin keçirmək istəyən iki şəxs saxlanılıb

İrandan Azərbaycana metadon və heroin keçirmək istəyən iki şəxs saxlanılıb
# 15 oktyabr 2015 09:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İrandan Azərbaycana gələn iki nəfərdən metadon və heroin aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Iranı Gharehghasemlou Alısaheb Mohammadgholı üzərində şəxsi yoxlama zamanı ondan 20 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycanın ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 20 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.

Bundan başqa, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əjdər Abuşovun üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, xalis çəkisi 113,800qram olan narkotik vasitə - heroin aşkar olunub.

Hər iki faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR