İstirahət günləri Azərbaycandakı yol qəzalarında 5 nəfər ölüb, 20 nəfər yaralanıb

İstirahət günləri Azərbaycandakı yol qəzalarında 5 nəfər ölüb, 20 nəfər yaralanıb
# 26 oktyabr 2015 08:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İstirahət günləri Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 24-də Azərbaycanda 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Oktyabrın 25-də isə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR