Şirvanda məişət tullantılarının atıldığı ərazidə yanğın olub

Şirvanda məişət tullantılarının atıldığı ərazidə yanğın olub
# 12 may 2016 17:30 (UTC +04:00)

Bakı – APA. Şirvan şəhərində mərkəzi məişət tullantılarının atıldığı ərazidə yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğın məhdudlaşdırılıb. Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR