“TEAS Press” Nəşriyyat Evi Bakı və Sumqayıtda kitab satış-sərgisi təşkil edəcək

“TEAS Press” Nəşriyyat Evi Bakı və Sumqayıtda kitab satış-sərgisi təşkil edəcək
# 31 may 2016 15:48 (UTC +04:00)

Bakı - APA. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “TEAS Press” Nəşriyyat Evi Bakı və Sumqayıt şəhərlərində kitab satış-sərgisi təşkil edəcək.

“TEAS Press” Nəşriyyat Evindən APA-ya verilən məlumata görə, Bakıda sərgi İçərişəhərdə (Qız Qalasının yanında), Sumqayıtda isə bulvar ərazisində səhər saat 10:00-dan 18:00-dək keçiriləcək.

Sərgidə “TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsinin nəşrləri, ingilis dilinin tədrisi və öyrənilməsi məqsədilə müxtəlif dil bacarığı səviyyələri üçün Böyük Britaniyanın “Oxford University Press” tərəfindən nəşr olunmuş dərsliklər, lüğətlər və sair kitablar satılacaq.

“TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq nəşrləri bölməsinin rəhbəri Kolin Makdonel bildirib ki, Azərbaycanın gələcəyi uşaqların biliyi, dünya görüşü və tərbiyəsindən asılıdır: ”Uşaqlar bizim gələcəyimizdir. Ona görə də biz uşaqlarımızı maarifləndirməyi özümüzə borc bilirik. Bu məsələdə bizim nəşrlərimizin valideynlərə böyük kömək edəcəyinə ümid edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR