Əhməd Davudoğlu: “İrana qarşı beynəlxalq sanksiyaların ləğvinə ən çox biz sevinirik”

Əhməd Davudoğlu: “İrana qarşı beynəlxalq  sanksiyaların ləğvinə ən çox biz sevinirik”
# 05 mart 2016 14:40 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “Biz və İran uğurlu seçkilər keçirdik. Bu gün iki ölkə arasında əməkdaşlıq üçün müsbət atmosfer mövcuddur”.

APA-nın İran bürosunun məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu İranın I vitse-prezidenti İshaq Cahangiri ilə keçirdiyi mətbuat konfransında deyib. Ə. Davudoğlu bildirib ki, xarici işlər naziri işlədiyi dövrdə İranın nüvə proqramına dair problemin həlli üçün çalışıb və artıq problem həllini tapıb: “Nüvə məsələsinə görə, ağır günlərdə olduğu vaxtda biz İranın yanında idik. İrana qarşı beynəlxalq təzyiqlər və sanksiyaların ləğvinə ən çox biz sevinirik. Mümkündür ki, İranla bəzi məsələlərdə fikir ayrılığımız olsun. Lakin iki ölkə arasında qədimi qonşuluq tarixi və bir-birini tamamlayan coğrafiya var. Əgər Türkiyənin təcrübəsi və İranın gözəlliyi birləşərsə hər iki ölkə turizm sahəsində ən böyük gücə çevriləcək”.

Ə. Davudoğlu deyib ki, İranın neft və qaz ehtiyatları olduğu qədər, zəngin mədəniyyəti var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR