Metro stansiyalarında narkomanlıqla mübarizəyə dair sosial lövhələr quraşdırılıb

Metro stansiyalarında narkomanlıqla mübarizəyə dair sosial lövhələr quraşdırılıb
# 24 may 2016 08:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədilə sosial layihə həyata keçirib.

İşçi Qrupundan APA-ya verilən məlumata görə, qrup tərəfindən hazırlanmış “Narkomaniya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir”, “Gələcəyimizi birlikdə düşünək narkomaniya yox deyək”, “Narkomaniya tənhalıq, ağrı, fiziki və ruhi tənəzzül deməkdir”, “Narkotiklərin hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin” şüarları əks olunan sosial lövhələr “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi”, “Koroğlu”, “Gənclik”, “Nəriman Nərimanov”, “Sahil”, “20 Yanvar”, “Nəsimi”, “İnşaatçılar”, “Qara Qarayev” və “Xalqlar Dostluğu” stansiyalarında quraşdırılıb.

Sosial lövhələrin metro stansiyalarında uzunmüddətli nümayişi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR