Ukrayna Penitensiar Xidməti məhbusların qiyamı barədə xəbəri təkzib edib - YENİLƏNİB

Ukrayna Penitensiar Xidməti məhbusların qiyamı barədə xəbəri təkzib edib - <span style="color: red;">YENİLƏNİB
# 03 iyun 2016 12:13 (UTC +04:00)

Bakı – APA. Ukrayna Dövlət Penitensiar Xidmətinin Kirovoqrad vilayəti üzrə Baş İdarəsi təcridxanaların birində məhbusların qiyam qaldırması barədə xəbəri təkzib edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə bəyanat qurumun “Facebook” səhifəsində yerləşdirilib.

*** 13.12

Bakı. Məlahət Nəcəfova-APA. Ukraynanın Kirovoqrad vilayətindəki 6 nömrəli istintaq təcridxanasının məhbusları qiyam qaldırıblar.

APA-nın məlumatına görə, bu barədə Ukrayna Dövlət Penitensiar Xidmətinin keçmiş rəhbəri Sergey Starenkiy özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, məhbuslar istintaq təcridxanasının əməkdaşlarına hücum ediblər: “Onlar açar və xüsusi vasitələri götürüblər, bütün qapıları ya açıb, ya da sındırıblar. İdarənin əməkdaşları qorxduqları üçün cəzaçəkmə müəssisəsinin ərazisinə daxil olmurlar. Artıq 3 gündür vəziyyət belə davam edir”.

S. Starenkiy hesab edir ki, iğtişaşlar digər cəzaçəkmə müəssisələrinə yayıla bilər. Onun bildirdiyinə görə, 49 saylı islah əmək koloniyasının və Kirovoqrad vilayətinin digər istintaq təcridxanasının məhbusları qiyamçıları dəstəkləməyə hazırdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR