Misirdə etiraz aksiyasında iştirak edən 152 nəfər azadlıqdan məhrum edilib

Misirdə etiraz aksiyasında iştirak edən 152 nəfər azadlıqdan məhrum edilib
# 15 may 2016 15:03 (UTC +04:00)

Bakı-APA. Bu gün Qahirə Cinayət Məhkəməsi aprelin 25-də Misir paytaxtında keçirilən etiraz aksiyasında iştirak etmiş 152 nəfər haqqında hökm elan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 152 nəfərdən 101 nəfər 5 il, 5y nəfər isə 5 il azadlıqdan məhrum edilib.

Məhkəmə 45 aksiya iştirakçısı barədə də qərar verəcək.

Qeyd edək ki, Qahirədə keçirilən etiraz aksiyası Misir hakimiyyətinin Qırmızı dənizdəki iki mübahisəli adanın Səudiyyə Ərəbistanına verilməsinə razılaşması ilə bağlı olub. Aprelin əvvəlində Misir və Səudiyyə Ərəbistanı iki dövlət arasında dəniz sərhədlərinin delimitasiyası ilə bağlı müqavilə imzalayıb. Bu müqaviləyə əsasən Qırmızı dənizdə Misirin idarəetməsində olan mübahisəli Tiran və Sanafir adaları Ər-Riyadın yurisdiksiyasına keçib. Hər iki ölkənin hakimiyyəti bəyan edib ki, bu adaların Səudiyyə Ərəbistanına məxsus olub, 1950-ci ildə Ər-Riyadın xahişi ilə Misirin yurisdiksiyasına keçib.

Misir parlamenti hələ müqaviləni ratifikasiya etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR