Balakəndə sərxoş kişi həmkəndlisini bıçaqlayıb

Balakəndə sərxoş kişi həmkəndlisini bıçaqlayıb
# 25 aprel 2016 07:02 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə sərxoş kişi 35 yaşlı həmkəndlisini bıçaqlayıb.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 24-də gecə rayonun Talalar kənd sakini, 1981-ci il təvəllüdlü Kamran Siracəddin oğlu Lətifov sol alt çənənin, boyunun ön hissəsinin və sağ sifətin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. K. Ətifovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.


Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisəni K. Lətifovun həmkəndlisi, 1964-cü il təvəllüdlü Şahid Bəşir oğlu Əliyevin törətdiyi ehtimal olunur.


Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR