Fevralın 1-dən Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq

Fevralın 1-dən Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq
# 25 yanvar 2016 09:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. 1 fevral 2016-cı ildən 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrut ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.

“Azərbaycan Dəmir Yolları” sərnişinlərin nəzərinə çatdırır ki, 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20:00-da Bakı sərnişin stansiyasından yola düşəcək, 01:10-da Yalama stansiyasına çatacaq, 03:30-da Yalama stansiyasından yola düşəcək, 09:15-də Bakı sərnişin stansiyasına çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR