“Azərbaycan Dəmir Yolları” elektrik təchizatı sistemində qənaətcil sistemə keçir

“Azərbaycan Dəmir Yolları” elektrik təchizatı sistemində qənaətcil sistemə keçir
# 26 noyabr 2015 06:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. "Azərbaycan Dəmir Yolları" QSC elektrik təchizatı sistemində müasir tələblərə cavab verən qənaətcil sistemə keçir.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, hazırda Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi istiqamətində işlər 4 sahə (1-ci hissə Böyük-Kəsik-Gəncə sahəsi, 2-ci hissə Gəncə-Ucar sahəsi, 3-cü hissə Ucar-Hacıqabul sahəsi, 4-cü hissə Hacıqabul-Bakı sahəsi) üzrə mərhələlərlə davam etdirilir.

Bu sahələr üzrə artıq Böyük Kəsik, Ağstafa, Düyərli, Alabaşlı, Goran, Ləki, Müsüslü, Sığırlı, Hacıqabul, Ələt, Lökbatan və Keşlə stansiyalarında, ümum ilikdə 12 yeni dartı yarımstansiyası tikilib və hazırda tamamlama işləri görülür. Eyni zamanda kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərının çəkilməsi davam edir. Dartı yarımstansiyaları üzrə işlər 2016-cı ilin sonunda başa çatacaq.

Qeyd edək ki, keçmiş SSRİ məkanında ilk dəfə dəmir yolu xəttinin ellektriklləşdirilməsi Azərbaycanda həyata keçirilib. 1922-ci ildə Bakı Şəhər Deputatları Şurası paytaxtda rahat və yüksəksürətli şəhər elektrik nəqliyyatının yaradılması məsələsinin həlli ilə məşğul olmağa başayıb. 1923-cü ildə ilk elektrik tramvayının tikintisi üzrə işlərə başanıb və 8 fevral 1924-cü ildə Bakıda ilk tramvay istifadəyə verilib. Keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda - 1925-ci ilin mart ayında Bakı-Sabunçu dəmir yolu xəttinin ellektriklləşdirilməsi işlərinə başlanıb və cəmisi 14, 5 ay ərzində həmin işlər başa çatdırılıb. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR