Azərbaycan prezidenti İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İsrailin sabiq xarici işlər nazirini qəbul edib
# 10 mart 2016 11:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İsrailin sabiq xarici işlər naziri Tsipi Livnini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulanıb, Forumun artıq ənənə halı aldığı və tədbirə olan beynəlxalq marağın ildən-ilə daha da artdığı məmnunluqla qeyd edilib.

Söhbət zamanı müasir dünyada bu cür forumların keçirilməsinin beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması baxımından xüsusi önəm daşıdığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR