Qırğızıstan Parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Qırğızıstan Parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
# 04 iyun 2024 12:11 (UTC +04:00)

Azərbaycanda rəsmi səfərdə olan Qırğızıstan Parlamentinin (Joqorku Keneşinin) sədri Nurlanbek Şakievin başçılıq etdiyi nümayəndə heyəti iyunun 4-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

APA xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad edib.

Sonra Şəhidlər xiyabanına gələn Qırğızıstan nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR