NATO baş katibi: “Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsinə yol verməməlidir”

NATO baş katibi: “Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsinə yol verməməlidir”
# 12 fevral 2016 10:38 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq “Azadlıq” radiostansiyasına müsahibəsində deyib.

“Biz hazırda Azərbaycan və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyirik. Həm Azərbaycan, həm də Ermənistan NATO-nun tərəfdaşlarıdır və biz hər iki tərəflə əməkdaşlığı yüksək qiymətləndiririk”, - deyə o qeyd edib.

Qeyd edək ki, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya nümayəndəsi Ceyms Appaturayın fevralın 16-da Azərbaycana səfəri gözlənilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR