Sabah Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

Sabah Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir
# 22 noyabr 2015 11:33 (UTC +04:00)

Bakı-APA. Sabah Bakı və Abşeron yarımadasında gözlənilən hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində isə hava əsasən yağmursuz keçəcək. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR