Bu il avtobus və taksilərdən istifadə edən sərnişinlərin sayı açıqlanıb

Bu il avtobus və taksilərdən istifadə edən sərnişinlərin sayı açıqlanıb
# 18 noyabr 2015 08:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə yanvar-oktyabr ayları ərzində 113,1 mln. ton yük, 1 mlrd. 362,5 mln. sərnişin daşınıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7% və 3,6% artım deməkdir.

Sərnişinlərin 96,1%-i və ya 1,309 mlrd. nəfəri avtobus, 3,9%-i və ya 53,1 mln. nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR