İrakli Qaribaşvili “Gürcü arzusu” partiyasının sədrliyindən də istefa verib

İrakli Qaribaşvili “Gürcü arzusu” partiyasının sədrliyindən də istefa verib
# 25 dekabr 2015 09:15 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili “Gürcü arzusu” partiyasının sədrliyindən istefa verib.

APA-nın məlumatına görə, bu barədə İPN-nin yaydığı xəbərdə deyilir.

Qeyd edək ki, İ. Qaribaşvili dekabrın 23-də baş nazir postundan istefa verib. Onun istefası nəticəsində hökumət üzvləri səlahiyyətlərinin icrasını dayandırmalı olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR