Nəqliyyat  Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

Nəqliyyat  Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib
# 08 fevral 2016 22:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli fərmanına əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması ilə əlaqədardır.


Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda müvafiq olaraq formal dəyişiklik edib və “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından da çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR