“Reproduktiv sağlamlıq haqqında” və “Psixoloji yardım haqqında” qanunların qəbulu gözlənilir

“Reproduktiv sağlamlıq haqqında” və “Psixoloji yardım haqqında” qanunların qəbulu gözlənilir
# 28 yanvar 2016 14:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Səhiyyə komitəsinin bu gün yaz sessiyasında ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclasda əvvəlcə 2015-ci il payız sessiyası dövründə görülən işlər haqqında hesabat dinlənilib.

Daha sonra 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Komitə sədri Əhliman Əmiraslanov qeyd edib ki, hazırda “Reproduktiv sağlamlıq haqqında” və “Psixoloji yardım haqqında” yeni qanun layihələri hazırlanır: “Hər iki layihə ilə bağlı müvafiq iş aparılır və sənədlər bu il parlamentdə müzakirəyə çıxarılacaq”.

Komitə sədri “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində əskini tapacaq bəzi məsələlərin müxtəlif əlaqədar qurumlarla da razılaşdırıldığını söyləyib. Həmçinin bildirib ki, yaz sessiyası dövründə icbari tibbi sığorta, dərman bazarındakı vəziyyət və səhiyyə sahəsində digər müxtəlif aktual məsələlərə dair dinləmələr keçiriləcək.

İclasda deputatlar bəzi hüquqi sənədlərə dəyişikliklər edilməsi zərurətindən danışıb, müxtəlif təkliflər səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR