Lavrov Ermənistana səfər edəcək

Lavrov Ermənistana səfər edəcək
# 06 aprel 2016 12:03 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya xarici işlər naziri aprelin 21-22-də Ermənistana səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. O, S. Lavrovun aprelin 21-22-də Yerevanda səfərdə olacağını söyləyib: “Səfər çərçivəsində nazirin Ermənistan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Görüşlər zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağdakı vəziyyət olacaq. Bildiyiniz kimi, Rusiya münaqişənin danışıqlar yolu ilə həll olunması istiqamətində səylər göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR