Məhəmməd Cavad Zərif : “İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır”

Məhəmməd Cavad Zərif : “İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır”
# 05 iyun 2016 18:51 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır”.


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdə deyib.

“Biz Qarabağda yaranmış son böhranda hər iki tərəfi təmkinli olmağa çağırırıq, bölgədə sülh və sabitliyin yaradılması üçün problemin həlli üçün hər növ yardım etməyə hazırıq”, deyə Zərif bildirib.


Görüşdə İran və Ermənistanın xarici işlər nazirləri ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR