Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı məlum olub

Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı məlum olub
# 16 mart 2016 23:42 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasında 1/4 finala çıxan daha iki komandanın adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan biri İspaniyada, digəri isə Almaniyada baş tutub.

“Arsenal”ı qəbul edən “Barselona” səfərdə qazandığı üstünlüyü evdə də əldən verməyib. Katalonlar ingilislərin möcüzə ümidinin üstündən elə ilk dəqiqələrdən xətt çəkib. 20 dəqiqə tamam olmamış Neymarın fərqlənməsi ilə ümumi hesabda 3:0 önə keçən Luis Enrikenin yetirmələri yekunda bu 90 dəqiqədə 3:1, iki qarşılşamanın nəticəsində isə 5:1 hesablı qələbə qazanaraq mərhələ adlayıb.

Günün ən maraqlı mübarizəsi isə şübhəsiz ki, Münhendəki matç olub. “Bavariya” “Yuventus”un meydanında 2:2 hesablı nəticəyə imza atdığından doğma divarlar arasında daha şanslı hesab olunurdu. Buna baxmayaraq, ardıcıl iki qol vuran "qoca sinyora" azarkeşlərini ümidləndirib. Ancaq ikinci hissədə özünə gələn "alman maşını" əvvəlcə Levandovskinin qolu ilə fərqi azaldıb və son dəqiqədə Müllerin vurduğu qolla matçın taleyini əlavə vaxta daşıyıb.

Əlavə olunmuş 30 dəqiqədə isə qonaqlar almanların 2 qoluna əngəl ola bilməyiblər. Oyuna sonradan daxil olan Tyaqo Alkantara və Komandanın qolları Pep Qvardiolanın komandasını növbəti mərhələyə keçirib.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

16 mart

“Barselona” (İspaniya) – “Arsenal” (İngitərə) - 3:1

Qollar: Neymar, 18, Suarez, 65, Messi, 89 - Elneni, 51

İlk oyun 2:0

“Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya) - 4:2 (əlavə vaxt)

Qollar: Levandovski, 73, Müller, 90+1, Tyaqo, 108, Koman, 110 - Poqba, 6, Quadrado, 28

İlk oyun - 2:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR